Yuxarı

Azərbaycanlı Gürcüstanda sədr müavini seçildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Gürcüstanda sədr müavini seçildi

Gürcüstan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin sədri İrakli Kobaxidzenin sədrliyi ilə bir neçə məsələlər və yeni layihələr müzakirə olunub.

APA-nın məlumatına görə, sessiyada parlament nəzdində 3 fraksiyanın yaradılması və digər aktual məsələlər, habelə parlament nümayəndə heyətlərinin proporsional təmsilçilik məsələləri gündəliyə daxil edilib.

Sessiyada “Gürcü Arzusu-mühafizəkarlar”, “Gürcü Arzusu-sosial-demokratlar” və “Gürcü Arzusu-regional inkişaf” fraksiyalarının yaradılması müzakirə olunub. Parlamentin Prosessual Məsələlər və Qaydaları Komitəsinin sədri Georgi Kaxiani parlament çoxluğunun üzvləri daxil olmaqla üç yeni fraksiyanın yaradılması təklifi ilə çıxış edib. Fraksiyaların yaradılmasında proporsional təmsilçilik normaları qaydalarına riayət olunmaqla fraksiyaların yaradılması ilə bağlı qərarlar qəbul edilib.

Sessiyada azərbaycanlıların kompakt yaşadığı Qardabani bölgəsindən Gürcüstan parlamentinə majoritar qaydada deputat seçilən Savalan Mirzəyev “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib.

Sessiya dekabrın 30-dək davam edəcək.

Tarix
2016.12.28 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla