Yuxarı

Şərtimiz yerinə yetirilməsə, Həccə getməyəcəyik - İran

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nümayəndə heyəti gələn ayın 23-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Axar.az xəbər verir ki, İranın Ali dini lideri Əli Xameneinin Həcc mərasimindəki nümayəndəsi Seyyid Qazi Əsgər Ərəbistana səfərlə bağlı açıqlama verib.

Əsgər qeyd edib ki, Səudiyyə Ərəbistanına səfər etməkdə məqsəd Həcc ziyarəti ilə bağlı danışıqlar aparmaqdır.

“İnanırıq ki, danışıqlarda müəyyən razılığa gələcəyik. Şərtlərimiz yerinə yetirilməsə, Həcc ziyarətində iştirak etməyəcəyik. Problemlər yoluna qoyulmalıdır”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2015-ci ildə Minada baş verən faciədən sonra pisləşib. Həmin hadisədə 464 iranlı zəvvar ölüb. Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Tarix
2017.01.11 / 20:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla