Yuxarı

XİN rəhbəri Azərbaycanın yeni səfiri ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Gürcüstanda yeni təyin olunmuş səfiri Dursun Həsənov yanvarın 16-da bu ölkənin Xarici İşlər naziri Mixeil Canelidze ilə görüşüb.

Axar.az xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsinin surətini nazir Mixeil Canelidzeyə təqdim edib, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini və ona göstərilən etimadı doğruldacağını söyləyib.

M.Canelidze D.Həsənovu Gürcüstanda səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir ikitərəfli əlaqələrin inkişafında yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.

Görüşdə ölkələrimiz və xalqlarımız arasında mövcud olan, tarixi köklərə söykənən dostluq əlaqələrinin daha dinamik şəkildə inkişafı, nəzərdə tutulan enerji, nəqliyyat, turizm layihələrinin reallaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Söhbət zamanı regional layihələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb, Gürcüstan-Türkiyə-Azərbaycan formatında siyasi, iqtisadi, humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Dursun Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində mütəmadi olaraq bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.

Tarix
2017.01.16 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla