Yuxarı

Xəzərlə bağlı mühüm razılaşma əldə olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərlə bağlı mühüm razılaşma əldə olundu

Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub.

Report xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.

XİN başçısı qeyd edib ki, Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir:

"Xəzər dənizindən enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, həmçinin yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır".

E.Məmmədyarov bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılıb:

"Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfinin mövqeyi belədir ki, statusla bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi, bir-birilərinin daxili işlərinə qarışmaması və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır".

Tarix
2017.03.06 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla