Yuxarı

"Dünya Qarabağ çağırışına cavab vermək iqtidarında deyil"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dünya Qarabağ çağırışına cavab vermək iqtidarında deyil"

Suriyadakı cari münaqişə artıq Suriyadaxili hesab edilmir, çünki orada bütün dünyadan çoxlu sayda muzdlu qatil vuruşur.

Report xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə israilli ekspert, Təl-Əviv Universitetinin prorektoru Eyal Tsisser bildirib.

O, Suriyadakı münaqişənin daha əvvəl görülməyən cəmiyyət arasında radikalizm ilə xarakterizə olunduğunu qeyd edib: "Münaqişə təbii fəlakətdən yaranıb. Orada bir neçə il quraqlıq hökm sürüb. Nəticədə fermerlər mitinqlər keçirməyə başladı. Mitinqlər hökumət əleyhinə etiraz dalğasına çevrildi. Dövlət institutlarının dağılması insanların radikallaşmasına gətirib çıxardı".

Suriya münaqişəsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsindən danışan E.Tsisser hər iki halda dünya ictimaiyyətinin çağırışlara lazımi cavabı verə bilmədiyinin müşahidə edildiyini vurğulayıb. "Suriyada münaqişəni həll etmək üçün dünya aktyorlarının nə istədiyini anlamaq lazımdır. Eyni sözləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da söyləmək olar".

İsrailli ekspert Suriyadakı vəziyyətin Cənubi Qafqaz regionuna necə təsir edə biləcəyi məsələsinə də toxunub: "Birincisi, Suriyadan qayıdan döyüşçülər özləri ilə radikal fikirlər gətirə bilər. İkincisi, Rusiya və İran bu münaqişədən qalib çıxsalar, gələcəkdə özlərinə yeni hədəflər müəyyənləşdirə bilərlər".

Suriya münaqişəsində dünya nəhənglərinin roluna toxunan E.Tsisser Rusiyanın rolunu xüsusi qeyd edib: "Obama qoşunlarını Suriyaya göndərmədi. Rusiya da bundan istifadə etdi. Orduda say elə çox olmasa da, bu, Bəşşar Əsədin hakimiyyətdə qalmasını təmin etməyə yetdi. Rusiya öz maraqlarını güdür və ona Dəməşqdə nələrin baş verməsi maraqlıdır".

Tarix
2017.03.07 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla