Yuxarı

İlham Əliyev Buyar Nişani ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.

Axar.az xəbər verir ki, Albaniya Prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, dövlət başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini deyib.

Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. O, Albaniya xalqının səmimi salamlarını Azərbaycan xalqına çatdırıb. Albaniya Prezidenti Buyar Nişani Prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Albaniya Prezidentinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu Forumun müzakirələrin aparılması baxımından vacib beynəlxalq tədbir olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və yaxşı perspektivləri olduğunu deyib. Hər iki ölkənin enerji sektorunda yaxşı tərəfdaşlar olduğunu qeyd edən Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında albaniyalı nazirin iştirakının önəmini vurğulayıb. Dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini bildirib. Azərbaycan ilə Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlığın olduğunu qeyd edib, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirən dövlət başçısı bunun ölkələrimizin qarşısında duran əsas məqsədlərdən biri olduğunu deyib.

Tarix
2017.03.16 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla