Yuxarı

Fransada Ərdoğana sui-qəsd çağırışı: Ankara hərəkətə keçdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan fransız politoloq Filip Moro Defarqı məhkəməyə verir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Agentlik Ərdoğanın vəkili Hüseyn Aydın politoloq haqda prezidentin həyatına sui-qəsd çağırışı ittihamı ilə cinayət işi qaldırılması tələb edildiyini bildirib.

Qeyd edək ki, Defarq dünən Fransanın “BFM Biznes” televiziyasının “Dünya 7 gündə” proqramındakı çıxışında Türkiyədəki referendumun nəticələrinin dəyişdirilməsi üçün bütün qanuni yolların bağlandığını bildirib. O, nəticələri dəyişmək üçün ya vətəndaş müharibəsini başlatmaq, ya da Ərdoğanı öldürmək gərəkdiyini söyləyib.

Bundan sonra isə sosial şəbəkələrdə böyük etiraz başlayıb. Fransadakı türk diasporu rəsmi qurumların fakta münasibət bildirməsini, kanalın üzr istəməsini tələb edən bəyanat yayıb.

Defarq fikrini düzgün ifadə etmədiyi üçün rəsmi şəkildə üzr istəyib.

Tarix
2017.04.24 / 13:55
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla