Yuxarı

Prezident Laosun nümayəndə heyətini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:20

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycana ilk rəsmi səfər etməsindən şərəf hissi duyduğunu bildirib.

Prezident İlham Əliyev isə ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı marağın yaxşı göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, nazir Salımsay Kommasitin ölkəmizə səfəri zamanı qarşılıqlı maraq doğuran və əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Salımsay Kommasit qeyd edib ki, Laos ilə Azərbaycan arasında əlaqələrin uzunmüddətli tarixi var və bu əlaqələr hələ sovetlər birliyi dövründən başlayıb. O vurğulayıb ki, Azərbaycan Laos Xalq Demokratik Respublikasının sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verib. Regionun lider dövləti olan Azərbaycanda böyük uğurların əldə edildiyini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.06.19 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla