Yuxarı

Rus ekspertdən şok: Qarabağ tam boşalıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ekspertdən şok:

Rusiyada saray çevrilişi mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Ukraynanın “Fraza” saytına müsahibəsində rusiyalı məşhur iqtisadçı Dmitri Nekrasov söyləyib.

“Son saray çevrilişi Xruşşovu devirəndə olub. O zaman hakimiyyət konstruksiyası kommunist ideologiyası üzərində idi. Həmin hakimiyyətin populyarlığını və legitimliyini məhz bu ideologiya təmin edirdi. İndiki hakimiyyətin populyarlıq və legitimliyini şəxsən Putin təmin edir. Əgər sistem ondan yaxasını qurtarsa, özü də dağılmağa başlayacaq. Rejim Putinin özü ilə transformasiya oluna bilər, amma daxildən sındırılıb, indiki vəziyyətdə qala bilməz. Bu şoku sistem qəbul edə bilməz. Rusiyanı idarə etmək üçün Kremli idarə etmək kifayət deyil”, – deyə o bildirib.

Rus iqtisadçının fikrincə, Ukraynadakı qondarma rejimlərin iqtisadiyyatları deqradisiyaya məruz qalır:

“Onların iqtisadi strukturu deqradasiya olur. Hər şey dağılacaq, insanlar buradan qaçacaqlar. Mən Dağlıq Qarabağda və Abxaziyada olmuşam. Burada görmüşəm ki, iqtisadi əlaqələrin kəsilməsi bu ərazilərin sürətlə boşaldılmasına səbəb olur. Ukraynada qondarma rejimlərin nəzarət etdiyi rayonlar 2014-cü ildən etibarən tənəzzülə başlayıblar. Bu, Ukraynanın blokadasından daha da güclənib. Bu ərazilər boşalacaq. Dağlıq Qarabağda olan şəhərlərdə əvvəllər 100 mindən çox insan yaşayırdı, amma indi heç kim qalmayıb. Bunlar hamısı çox kədərlidir. Donbas rayonları ilə bağlı Kremlin heç bir uğurlu gedişi olmayacaq. Bu ərazilərdəki insanları yaxşı heç nə gözləmir”.

Tarix
2017.07.20 / 09:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla