Yuxarı

Kleman pula görə ermənilərə... - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, T.Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib:

"Dəfələrlə rüşvətxorluq və korrupsiya əməllərində adı hallanan bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə maddi maraq müqabilində səfər edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü və qanlı etnik təmizləmə siyasətini pərdələməyə və ona bəraət qazandırmağa cəhd göstərir. O, həmçinin göstərdiyi bu xidmət müqabilində gələcək seçkilərdə Kanada erməni lobbisinin maddi dəstəyini qazanmağa çalışır".

XİN rəsmisi bildirib ki, T.Klemanın Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq hüququn norma və prinisplərinin pozulması ilə müşayiət olunan və mənəvi-etik və humanist dəyərlərdən kənar bu əməlləri ilk növbədə Kanadanın parlamentarizm ənənələrinə və seçicilərinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir:

"Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaq. Toni Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan Xarici İşlər Nazirliyi propaqanda məqsədilə qəsdən onu da Kanada parlament üzvü kimi təqdim edir. Dini azlıqların hüquqları məsələsi ilə məşğul olan Məjid Əl-Şəfiyə Ermənistanın dünyada yeganə mono-etnik dövlətə çevrilməsi, Ermənistanda 300.000-dən artıq köklü müsəlman Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, bu ölkədə yəzidilər, asorilər, molokan rusların təqiblərlə üzləşməsi, erməni qriqoryan kilsəsindən başqa digər xristian kilsə və icmaların fəaliyyətinə qarşı dözümsüzlük, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin talan edilməsi hallarına diqqət yetirməyə çağırırıq".

H.Hacıyev əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdılırıb: "Onların adları arzuedilməz şəxslər siyahısına daxil ediləcək".

Tarix
2017.08.31 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla