Yuxarı

Millət vəkili Avropanı İŞİD-lə mübarizəyə çağırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın dəstəklədiyi terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan bu gün bütün terror təşkilatlarına qarşı aktiv mübarizə aparır.

Axar.az xəbər verir ki, bunu AŞPA-da “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib. Azad Demokratlar Qrupu adından çıxış edən deputat bildirib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir:

“İŞİD ən çox Yaxın Şərq bölgəsi və ona yaxın ərazilərdə yaşayan xalqlara, bölgə ölkələrinə zərər verir. Bu terror təşkilatının kimlərin, hansı güclərin maraqlarına xidmət etməsini geniş şəkildə müzakirə edə bilərik. Amma bölgə xalqı və dövlətlərinə, özəlliklə də müsəlmanlara ciddi şəkildə zərər verirlər. Məsələn, İŞİD-in Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirib. O üzdən Avropa ölkələrini Suriya və İraq sərhədində İŞİD-lə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq. Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atır. Çünki biz terror təşkilatlarına qarşıyıq. İŞİD beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlər və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə fürsət verməməliyik. İŞİD-in etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzilərinin İslam dini və müsəlmanlar əleyhinə etdiyi çağırışlara da burdan etirazımızı bildirməliyik. Avropada islamofobiyanın artmasına yönəlik bu cür hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞİD-in işinə yarayar”.

Millət vəkli vurğulayıb ki, Avropada İslam əleyhinə fikirlər hamını ciddi şəkildə narahat etməlidir:

“İslam əleyhdarlarının artmaması üçün də birlikdə çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyac var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə islam ölkələri ilə əməkdaşlığını artırmalıdır”.

Tarix
2017.10.12 / 17:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla