Yuxarı

Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır - Seyidov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa İttifaqı ilə bərabər əsaslarla, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib ki, “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda Avropa İttifaqı və digər Avropa institutları ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Biz rəsmi Bakının Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdıq. Bildirdik ki, bu gün Azərbaycan Avropa ölkələri ilə çox yaxşı əməkdaşlıq edir, Avropanın on ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu, bizim əməkdaşlığımızın bariz nümunəsidir”, - deyə o əlavə edib.

Parlamentin komitə sədri vurğulayıb ki, bu gün heç kim Avropa institutları ilə Avropanı eyni tutmamalıdır. Hər bir qurumun öz prinsipləri və məqsədləri var. Azərbaycan Avropa İttifaqına inteqrasiya deyil, bu qurumla bərabər əsaslarla əməkdaşlıqda maraqlıdır.

Tarix
2017.12.05 / 21:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla