Yuxarı

Baş nazir Meredovla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Axar.az xəbər verir ki, Türkmənistanın qarşıdan gələn milli bayramı – Müstəqillik Günü münasibətilə Rəşid Meredovu təbrik edən Novruz Məmmədov Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Baş nazir Novruz Məmmədov ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, Rəşid Meredovun səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. “Siyasi sahədə əlaqələrimiz inkişaf edir. Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının, parlamentlərarası dostluq qruplarının, səfirliklərimizin fəaliyyəti ilə yanaşı, bu cür səfərlər münasibətlərimizin dərinləşməsinə töhfə verir”, - Baş nazir Novruz Məmmədov vurğulayıb.

İki ölkə arasında iqtisadi sahədə əlaqələri birgə səylərlə daha da inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu qeyd edən Azərbaycanın Baş naziri dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə yükdaşımaları, energetika sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.

Bakıya ölkələrimizin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə gəldiyini deyən Rəşid Meredov qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkmənistanın qarşılıqlı olaraq mədəniyyət günlərinin və birgə xalça sərgilərinin keçirilməsi imkanları ilə bağlı, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2018.10.18 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla