Yuxarı

Erməni vəhşiliyi: sərvətləri buna görə məhv edirlər – PA rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər.

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda bir neçə istiqamətdə qeyri-qanuni fəaliyyət göstərirlər.

"Bura işğal altındakı ərazilərdə demoqrafiyanın dəyişdirilməsi, məskunlaşma siyasəti, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi, maddi-mədəni irsin məhv edilməsi, turizmin qurulması və işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər edilməsi aiddir", - o deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir.

H.Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir.

Tarix
2018.11.17 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla