Yuxarı

İlham Əliyev türkiyəli nazirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:42

Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Bəkir Pakdəmirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Kənd təsərrüfatının inkişafına ölkəmizdə böyük önəm verildiyini deyən dövlət başçısı bunun iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğunu deyib. Dövlət başçısı Bəkir Pakdəmirlinin Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda iştirakının əhəmiyyətini vurğuladı və onun Azərbaycana bu səfərinin əməkdaşlığın perspektivlərinin səmərəli müzakirəsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyətinə toxunub, ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyib və nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının da daxil olduğunu bildirib.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Tarix
2018.12.10 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla