Yuxarı

Ermənilər xahiş etdi, rus alim araşdırdı: İrəvan kimindir? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər xahiş etdi, rus alim araşdırdı: İrəvan kimindir? - Video

Rusiyalı tədqiqatçı Oleq Petrenko tarixi xəritə və məlumatlara əsaslanaraq, Azərbaycan və Ermənistanın tarixi barədə danışıb, Qarabağın hansı dövlətə məxsus olmasına dair faktlarla çıxış edib.

Axar.az xəbər verir ki, Petrenko özünün Yutub kanalında Ermənistandan ona “Böyük Ermənistan”la bağlı tarixi faktları araşdırmağın təklif olunduğunu qeyd edib.

“Mənə İrəvandan Bakının bir vaxtlar Ermənistana məxsus olmasını araşdırmaqla bağlı təklif gəldi. Qədim xəritələri araşdırarkən Ermənistanın özünün müxtəlif dövlətlərin tərkibində olmasına dair məlumatlara rast gəldim”, - tədqiqatçı bildirib.

Yutub kanalında paylaşdığı videoda Petrenko müxtəlif qədim xəritələri göstərir, Ermənistan vəAzərbaycanın sərhədlərinə diqqət çəkir. Heç bir xəritədə Bakı və Qarabağın Ermənistan ərazisində olmasına hətta işarə belə vurulmur. Əksinə, 1723-cü ilə aid xəritədə İrəvan tamamilə Azərbaycan ərazisi kimi göstərilib.

“Vikipediyada Azərbaycanın gənc dövlət olduğu və Gürcüstanla Ermənistan kimi güclü tarixə malik olmadığından bəhs edilir. Mən isə Bakı, Qarabağ və hətta Naxçıvanın belə adının olduğu 1900-cu ilə aid xəritə tapmağa müvəffəq oldum. 1900-cu illərdə İrəvan, Qarabağ, Naxçıvan Azərbaycanın ərazisində göstərilir”, - Petrenko bildirib.

Videonu Axar.az-a azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov təqdim edib.

Tarix
2018.12.24 / 13:53
Müəllif
Orxan, Əli
Digər xəbərlər

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla