Yuxarı

Prezidentdən bu məsələni xahiş edirik – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bir qrup hüquq müdafiəçisi Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüb. Görüşdə bir qrup cinayət törətmiş şəxsin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib:

“Həm yerli hüquq müdafiəçiləri, həm də bir qrup beynəlxalq təşkilatın bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsi kəsilib, əfv edilə bilər. Cənab Prezidentdən xahiş edirik ki, onları əfv etsin”.

Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.

Tarix
2019.02.19 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla