Yuxarı

AB-dən Azərbaycanla bağlı - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması Avropa Birliyi (AB) üçün prioritet vəzifə olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə AB-nin rəsmi saytında dərc olunan təşkilatın hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son il ərzində AB və Azərbaycan arasında əməkdaşlıq fəallaşıb: “Son ildə “Tərəfdaşlıq prioritetləri” təsdiqlənib, nəqliyyat və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyədə dialoqlara start verilib, insan hüquqları və əsas azadlıqlar yaxşılaşdırılıb”.

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Moqerini qeyd edib ki, AB regionda təşkilatın əsas tərəfdaşı olan Azərbaycanla əməkdaşlığı fəallaşdırıb: “AB və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar həlledici fazaya daxil olur və biz münasibətlərimizin bütün aspektlərinə toxunacaq və həm AB, həm də Azərbaycan vətəndaşlarına xeyir gətirəcək müasir sazişin əldə olunması üzərində səylə işləməyə davam edəcəyik”.

Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han öz növbəsində qeyd edir ki, AB Azərbaycanın iqtisadiyyatın şahələndirilməsi və təhsil, kənd təsərrüfatı və kəndlərin inkişafı kimi əsas sahələr də daxil olmaqla, islahatlar üzrə səylərinə böyük dəstək verir: “Tərəfdaşlıq prioritetləri” və Şərq Tərəfdaşlığının “2020-ci il üçün 20 praktiki nəticə”si insanlar arasında sıx əlaqələr, Azərbaycanda əlaqə, idarəetmə və iqtisadiyyatın möhkəmləndirilməsi üçün dəstək də daxil olmaqla bizim gələcək əməkdaşlığımızı müəyyən edir”.

Bundan başqa, hesabatda qeyd olunur ki, AB və Azərbaycan, xüsusilə “Tərəfdaşlıq priotetləri” çərçivəsində, ümumi maraqlar və öhdəliklərə tam əməl etməklə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər.

Tarix
2019.03.16 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla