Yuxarı

Bu baş versə, rus ordusu Araza gəlib çıxacaq - Tarasov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədri olan iki dövlətin prezidenti – Makron və Trampın Qarabağ vecinə də deyil. Onlar bu məsələ ilə Qarabağ onlardan çox uzaqda yerləşdiyinə görə məşğul olmurlar. Putin isə Qarabağ bizim yanımızda yerləşdiyi üçün məşğul olur.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Yaxın Şərqdən Cənubi Qafqaza müharibə yayılsa, bu, təkcə Ermənistan və Azərbaycana yox, Rusiyaya da təsir göstərəcək:

“Biz gərək bu tip inkişafa mane olacaq. Məsələ bundadır. İkincisi, Rusiya üçün böyük hesabla Qarabağın Ermənistan və ya Azərbaycana məxsus olmasının önəmi yoxdur. Biz Xankəndini almağa və onu Rusiyaya birləşdirməyə hazırlaşmırıq.

Rusiyanın Ermənistan və Azərbaycan üçün mövqeyinin təhlükəsi bu cürdür. Əgər iki tərəf razılaşmasa, əgər cənubdan, xüsusilə də İrandan Araz xətti boyunca destabilizasiya üçün təhdid gəlsə, bu, Cənubi Qafqaza təsir etməyə başlayacaq. Bu halda ruslar Azərbaycan və Ermənistanın etirazlarına rəğmən Araza çıxacaqlar. Ona görə ki, ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcək, onlar yalnız özlərini və maraqlarını qoruyacaq. Məhz bu faktor hər kəsin qarşısını alır. Ruslar deyirlər ki, biz heç bir şərt irəli sürmürük, siz razılaşın. Əgər razılaşmasanız və əgər bizim burnumuzun ucunda müharibə olsa, o zaman biz öz hədəflərimizi reallaşdıracağıq”.

Tarix
2019.05.06 / 14:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla