Yuxarı

Azərbaycanlı nazirin qatili Türkiyədə necə azad edildi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı nazirin qatili Türkiyədə necə azad edildi?

Azərbaycan Cümhuriyyətinin işğalından sonra ruslar və ermənilər Cümhuriyyəti quranlara qarşı repressiyaya başladılar. İlk öldürülən ikinci baş nazir Nəsib bəy Yusifbəyli oldu ki, onun da qətli hələ də müəmmalı olaraq qalır. Ardınca Tiflisdə Fətəli xan Xoyski, Həsən bəy Ağayev qətlə yetirildilər və Xəlil bəy Xasməhəmmədovu yaraladılar. Ən məşhur qətl isə Cümhuriyyətin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin öldürülməsi oldu.

Bu sözləri Axar.az-a açıqlamasında “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməd iyulun 18-də Cümhuriyyət dövrünün Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin erməni terrorçuları tərəfindən qətl olunması haqqında danışarkən qeyd edib. O bildirib ki, ermənilər azərbaycanlı liderləri təkcə Bakı və Tiflisdə deyil, hətta ingilis nəzarətində olan İstanbulda da izləyirdilər:

“1921-ci il iyul ayının 18-də, gecə saat 23 radələrində “Perepalas” otelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Behbud xan Cavanşiri qətlə yetirir. Ağır yaralı halda xəstəxanaya çatdırılan Behbud xan 35 dəqiqədən sonra vəfat edir. Qatil Torlakyanı Behbud xanın qardaşı Cəmşid xan və polis məmuru Əli əfəndi tuta bilir. 1921-ci il avqustun 18-də işğal qüvvələrinin komandanı general Harrinqtonun əmrinə görə, qatil hərbi məhkəmədə mühakimə edilir. 1922-ci il yanvar ayının 4-də biabırçı məhkəmə hökmü elan edilir: Misak Torlakyanın cinayəti affekt halında törətməsi iddia edilir və o, azad olunur. Nəticədə qatil Amerikaya qaçırılır və uzun illər orada yaşayır. Behbud xan ölümündən 3 gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilir”.

Dilqəm Əhməd ermənilərin Osmanlı zamanında törətdiyi cinayətlərdən də bəhs edib:

“Ermənilərin bu terror aktlarını “Nemezis” adlandırdıqları əməliyyat çərçivəsində görürdülər. “Nemezis” kəlməsi yunancadır, intiqam ilahəsi Nemezidanın adından götürülüb. Terrorçu Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında yaradılıb.

Bundan sonra ermənilər 15 mart 1921-ci ildə Berlində Osmanlının keçmiş Daxili İşlər naziri və sədr-əzəmi Tələt Paşanı, 5 dekabr 1921-ci ildə Romada sədr-əzəm Səid Hilmi Paşanı, 17 aprel 1922-ci ildə Berlində Trabzonun keçmiş valisi Camal Əzmini və "Təşkilati Məxsusa"nın yaradıcısı, tibb professoru Bahəddin Şakiri, 25 iyul 1922-ci ildə Tiflisdə Camal Paşanı və köməkçisini qətlə yetirirlər.

XX əsrin ikinci yarısında ermənilər ASALA terror təşkilatı quraraq türk diplomatları qətlə yetirir. SSRİ-nin süqutundan sonra isə açıq şəkildə başda Xocalı faciəsi olmaqla kütləvi qətllərə başlayırlar. İndi də bu fəaliyyətlərini Dağlıq Qarabağda, Türkiyədə isə PKK terror təşkilatının tərkibində davam etdirirlər”.

Tarix
2019.07.16 / 13:12
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

"Lukoyl"a şad xəbər: Bakı layihələri sanksiyaya düşmədi

Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü

İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü

Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto

Putini danışıqlara cəlb etməliyik - Rutte

İranın hərbi gəmiləri Azərbaycanda… - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla