Yuxarı

ABŞ-ın İrəvandakı “gənələri”: İran sərhədi bağlaya bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrəvandakı “gənələri”: İran sərhədi bağlaya bilər

ABŞ-İran-Ermənistan üçbucağında nə baş verdiyini, ən əsası isə nə baş verəcəyini anlamaq üçün qarşıya belə bir sual qoyulmalıdır: İrəvanın yeni rəhbərliyinə kim daha yaxındır – Vaşinqton, yoxsa Tehran? Kimdən daha çox ehtiyat edir? Bu suala cavabdan sonra hər şey öz yerinə oturacaq.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanın Birləşmiş Ştatların təzyiqlərinə baxmayaraq, İran İslam Respublikası ilə yaxınlaşması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür çətin vaxtda İran artıq əlaqələri mövcud olan tərəflərlə əməkdaşlıq etməli olur, çünki ABŞ-ın bu ölkəyə qarşı artan təzyiqini nəzərə alanda partnyor seçimi üçün elə də çox şans qalmır.

“İran yaxınlıqda yerləşir, buna görə də təbii olaraq iqtisadi münasibətlər qurulur. Üstəlik, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvdür və İran da bu təşkilatla maksimal şəkildə - azad ticarət zonasına qədər yaxınlaşıb. Bundan əlavə, İran da Nikol Paşinyanın dövründəki ilə əvvəlki Ermənistan arasında fərqlərin olduğunu anlayır. Məsələn, Ermənistan ərazisində ABŞ bioloji laboratoriyalarının şəbəkəsi getdikcə genişlənir və bu fonda artıq heç kəs zəmanət verə bilməz ki, layihələr, bu divarlar arxasındakı “məhsullar” bu və ya digər region ölkələrində yayılmayacaq.

Yaxın günlərədə bu təşkilatların praktik tədqiqatlarının əsas siyahısına daxil edilmiş entsefalit gənələri barədə məsələ qaldırılıb. Gənələrə isə Ermənistan, ya İran fərqi yoxdur, onlar sərhəd tanımırlar. Buna görə də İrəvan çətin ki, İranla uzunmüddətli əməkdaşlığa ümid edə bilsin. Belə ki, Tehran Ermənistan daxilindəki siyasi dəyişiklikləri diqqətlə izləyir və qiymətləndirir. Bu dəyişikliklər nə Tehranda aydın şəkildə anlaşılır, nə də Rusiyada”, - ekspert bildirib.

Trofimçuk nə vaxtsa Ermənistan-İran sərhədinin məhz İran tərəfindən bağlanılacağını da istisna etməyib.

Politoloqun fikrincə, Ermənistandakı istehlakçılar üçün rus qazının qiyməti məsələsində hər hansı bir sensasiya gözləmək olmaz. Bu tarif bir sıra daxili və xarici şərtləri nəzərə alanda Ermənistan və Rusiya istehlakçıları üçün eyni şəkildə artacaq.

“Rusiya öz vətəndaşlarının zərərinə burada tarazlığın pozulmasına icazə verə bilməz. Üstəlik, Rusiya hələ də Paşinyan hökumətinin yekun məqsədini anlamır. Ermənistan yalnız Vaşinqtondan birbaşa və birmənalı şəkildə arzu ediləcəyi halda rus qazından imtina edərək İran qazına keçə bilər. Daha sonra isə Ermənistan üçün İran qapısı da bağlanacaq. Hələlik isə İran-Ermənistan münasibətlərinin strateji gələcəyini görə bilməyən Tehran taktiki planda hazırkı mərhələdə edə biləcəklərini tətbiq edir”, - rus politoloq bildirib.

Tarix
2019.07.22 / 13:42
Müəllif
Əli, Orxan
Digər xəbərlər

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla