Yuxarı

Bu məsələdə həmişə Azərbaycanı dəstəkləmişik - Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələdə həmişə Azərbaycanı dəstəkləmişik - Səfir

Avqustun 23-də İndoneziyanın Azərbaycandakı səfirliyi sentyabrın 11-15-də Bakıda keçiriləcək 4-cü İndoneziya mədəniyyət festivalı ilə bağlı tədbir təşkil edib.

Axar.az xəbər verir ki, İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivalın sentyabrın 11-də Heydər Əliyev Sarayında, 13-15-də isə Fəvvarələr meydanında keçiriləcəyini bildirib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, budəfəki festival da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələri Azərbaycanda təqdim edəcək. Bu festival İndoneziya xalqını Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti digər nazirlikləri təmsil olunacaq. Eyni zamanda, İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələri təmsil edən iş adamları da Azərbaycana gələcəklər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.

Belə tədbirlərin ölkələrimiz arasında münasibətlərin səviyyəsini də nümayiş etdirdiyini vurğulayan diplomat festivalda Azərbaycan Dillər Universitetinin tələbələrinin də çıxış edəcəklərini bildirib: “Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır. Azərbaycanın müstəqilliyinin bərpasından ötən 27 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir”.

Ölkəsinin Azərbaycanı hər zamanı dəstəklədiyini deyən səfir vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olub və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.

Tarix
2019.08.23 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla