Yuxarı

Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:46

Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb.

Qazaxıstanda Sizi xeyirxah qardaşlıq və mənəvi birlik ənənələrinə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır və hörmət edirlər.

Bizim aramızda formalaşmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimizin konstruktiv əməkdaşlığı Sizin köməyinizlə qardaş xalqlarımızın tərəqqisi naminə bundan sonra da məhsuldar inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fəal çoxşaxəli şəxsiyyət kimi Siz həmişə öz doğma ölkənizin ictimai-siyasi həyatının mərkəzində olmusunuz və ömrünüzün bu gözəl gününü Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılamağınız qanunauyğundur.

Qoy geniş bilik və maraq dairəniz, yaradıcılıq enerjiniz, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzminiz Sizin məhsuldar dövləti fəaliyyətinizin əsasına çevrilsin, vətəndaşlar arasında yüksək nüfuzunuz və Azərbaycanın dövlət başçısının dəstəyi isə ən böyük və nəcib məqsədlərə çatmaqda Sizə kömək olsun.

Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli Mehriban xanım.

İcazə verin, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Arzu edirik ki, həmişə bu cür parlaq və güclü şəxsiyyət olasınız, var olasınız və bu dünyaya xeyirxahlıq və sevgi gətirməyə davam edəsiniz.

Bu xoş fürsətdən istifadə edərək, əsas məramı xeyirxah dünyada, tam mehriban şəraitdə, ölkələrimiz və xalqlarımız arasında qurub-yaratmaq üzrə əməkdaşlığın olduğu dünyada yaşamaq olan və bu cür də qalan TÜRKPA-nın fəaliyyətini dəstəklədiyinizə görə Sizə ən səmimi minnətdarlığımızı bildirmək istəyirik.

Qoy hər gün Sizə sülh, harmoniya, güc, ümid və sevinc gətirsin".

Tarix
2019.08.27 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının azad olunmasından 106 il ötür

Mİ6 şefi Bakıda - Foto

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər?

REAL-ın namizədinin anonim müraciətinə baxılmadı

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla