Yuxarı

Məmmədyarov fransalı səfiri yola saldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov fransalı səfiri yola saldı

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Aurelia Buşezi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas iqtisadi tərəfdaş ölkəsi olduğunu vurğuladı. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və bağlılıq layihələrinin əhəmiyyəti qeyd olundu.

Səfir Aurelia Buşez Azərbaycan Respublikasının Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi ölkəyə çevrildiyini bildirdi.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi.Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir xanım Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Tarix
2019.09.03 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla