Yuxarı

Ərdoğan Trampdan nə aldı və nədə güzəşt etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmkar Donald Tramp arasında Ağ Evdə baş tutan görüşdə əsas nəticə bu oldu ki, tərəflər müzakirə masasında qalmağa razılıq verdi.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM sədr müavini, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, zaman-zaman dövlətlər arasında münasibətlər sürətlə dəyişsə də, hər iki dövlət bir-birlərinin siyasi arenadakı rolunu dana bilməz:

“Türkiyə-ABŞ münasibətlərində gərginlikdən müzakirəyə dönüş oluğunu düşünürəm. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemi elədir ki, bu prosesin başından etibarən tərəflər bir-birinə qarşı müəyyən təsir vasitələrindən istifadə etməyə çalışırlar. ABŞ-la Türkiyə müxtəlif dövrlərdə bir-birləri ilə toqquşsa da, razılığa gələ biliblər. Münasibətlərdə qopma cəhdləri olanda vəziyyəti nəzarət altında saxlamağa çalışırlar. Belə cəhdlərdən biri də ABŞ Nümayəndələr Palatasının Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar və “erməni soyqırımı” ilə bağlı qətnamələri idi. Lakin ABŞ-Türkiyə münasibətlərinin ikili formatı elədir ki, bu tərəflər bir-birini rədd edərək prosesi apara bilməzlər. Vaşinqton Türkiyənin regiondakı önəmini gözardı edə bilmədiyi kimi, rəsmi Ankara da ABŞ-ın qlobal siyasətdəki aparıcı rolunu, iki ölkənin regiondakı uzlaşan və ziddiyyət təşkil edən maraqlarını nəzərə almadan hərəkət edə bilməz.

Tərəflər vaxtaşırı bir-birlərinə qarşı hədə, sanksiya dili ilə danışsa da, paralel siyasi proses davam edir və bu normal haldır.

Tramp-Ərdoğan görüşündə əsas nəticə bu oldu ki, Tramp adminstrasiyası ilə Türkiyə arasında problem yaradacaq məsələlərin müzakirə ediləcəyi mesajı verildi”.

Politoloq bu görüşdən sonra ABŞ və Türkiyə arasında yaşanan gərginliyin əsas səbəblərinə də diqqət çəkib:

“Müzakirələrin davam etdirilməsi ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginliklər olmayacağı anlamına gəlmir. Şübhəsiz ki, gərginlik olacaq. Bu gərginliklər əsasən 2 səbəbdən - hər iki ölkənin müəyyən məsələlərlə bağlı toqquşan maraqlarından və tərəflərin bir-birlərinə qarşı müəyyən təsir vasitələrindən istifadə etməyə çalışmasından qaynaqlanır. ABŞ-la Türkiyə güzəşt əldə etmək üçün sanksiya, təhdid yollarına baş vururlar.

Müzakirədən də göründüyü kimi, ən dramatik nüanslarda - F-35 məsələsində ABŞ-ın, S-400 məsələsində isə Türkiyənin mövqeyi bir qədər yumşalıb. Eyni zamanda, Türkiyə tərəfinin istədiyi kimi 100 milyard dollarlıq ticarət anlaşması barədə razılıq əldə edilib”.

N.Cəfərsoyun sözlərinə görə, gələcəkdə F-35-lərin Türkiyəyə satılması ilə bağlı ABŞ müəyyən addımlar ata bilər:

“Görüşdə müzakirələrə maneə yaradacaq bəzi sərt addımlardan da çəkinməyə qərar verdilər. Görüşlərdə iştirak etmiş respublikaçı senator Lindsi Qrehem qondarma erməni soyqırımı qətnaməsinin qəbulunu bloklamaq hüququndan istifadə edib.

Türkiyənin FETÖ ilə bağlı tələbinə də müəyyən qarşılıq verildi. FETÖ məsələsi dərin bir prosesdir. Bu, sadəcə, adminstrasiyanın işi deyil. ABŞ bu məsələ ilə bağlı mövqeyini dəyişsə belə, məhkəmə sistemi buna razı olmaya bilər. Yəni hələlik Fətullah Gülənin ekstradisiya aktual deyil.

Amma F-35-lərin Türkiyəyə satılması ilə bağlı müəyyən bir güzəşt modeli orataya çıxa bilər. Bu da daha çox Türkiyənin S-400-lərlə bağlı mövqeyindən asılı olacaq. Türkiyə S-400-lərin aktivləşməsini təxirə sala bilər. Bunun qarşılığında da F-35-lərin Türkiyəyə satışı baş tuta bilər”.

Tarix
2019.11.14 / 15:01
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla