Pullarınız qəfil itir və ya zədələnirsə, günahkar çox güman ki, xırda, parıldayan “oğrular”dır. Bunlar boz rəngli, kiçik balığa bənzəyən həşəratlardır.
Gümüş böcəkləri ən çox evlərdə, anbarlarda və ofislərdə rast gəlinən kiçik, lakin olduqca narahatçılıq yaradan zərərvericilərdən biridir. Onların əsas xüsusiyyəti sürətli hərəkət etmələri və uzun müddət gizli yerlərdə yaşaya bilmələridir. Gümüş böcəkləri kağız, kitab, divar kağızı, geyim və qida qalıqları ilə qidalanaraq həm maddi ziyan vurur, həm də gigiyenik problemlərə səbəb olur. Buna görə də gümüş böcəyi ilə mübarizə həm məişətdə, həm də iş yerlərində vacib məsələlərdən biridir.
Gümüş böcəyinin təhlükələri
Bu zərərvericilər insanlara birbaşa xəstəlik keçirməsələr də, onların yaratdığı çirklənmə ciddi problem hesab olunur. Belə ki, sanitar qovşaqlarda gəzdikdən sonra ərzaqlara toxunaraq mikroblar daşıyırlar. Bu ərzaqlarla qidalanan insanlar ciddi xəstəliklərə yoluxa bilərlər.
Kağız və kitabların korlanması, geyimlərin deşilməsi, un və şəkər kimi məhsulların çirklənməsi gümüş böcəyinin ən çox rast gəlinən fəsadlarıdır. Uzun müddət tədbir görülmədikdə evdəki arxivlər, sənədlər, kitabxanalar və tekstil məmulatları ciddi zərər görə bilər. Təcrübələr göstərib ki, gümüş böcəkləri bankda qiymətli kağızları yeyərək xeyli maddi ziyan vurub.
Gümüş böcəyi ilə mübarizə üsulları
Gümüş böcəklərindən xilas olmaq üçün bir neçə təsirli üsul mövcuddur:
Təmizlik və rütubətin azaldılması. Bu zərərvericilər nəmli və qaranlıq yerlərdə yaşayır. Buna görə də evdə rütubəti azaltmaq, havalandırmanı gücləndirmək, zirzəmi və hamam kimi yerləri quru saxlamaq vacibdir.
Qida və kağızların qorunması. Kitab və sənədləri bağlı şkaflarda saxlamaq, qida məhsullarını isə hermetik qablarda qorumaq lazımdır.
Mexaniki mübarizə. Müxtəlif yapışqan tələlər və tozsoran vasitəsilə gümüş böcəklərinin sayını azaltmaq mümkündür.
Kimyəvi üsullar. Kimyəvi maddələrlə dərmanlama ən təsirli mübarizə metodudur. Gümüş böcəklərinə qarşı xüsusi preparatlar istifadə olunur və bu, uzunmüddətli nəticə verir.
Peşəkar dəstəyin üstünlükləri
Gümüş böcəkləri geniş yayıldıqda peşəkar dezinseksiya xidməti göstərən şirkətlərdən yardım almaq zəruridir. Mütəxəssislər problemə uyğun preparatlardan istifadə edərək gümüş böcəklərini tamamilə aradan qaldıra bilirlər. Bu, həm sağlam mühitin qorunmasına, həm də maddi itkilərin qarşısının alınmasına kömək edir.
Sanitariya Epidemioloji Xidmətlər MMC olaraq gümüş böcəyi və digər həşəratlara qarşı dərmanlama həyata keçiririk. Bu və digər xidmətlərimiz haqqında ətraflı məlumat əldə etmək üçün Sanitariya.az saytımıza keçid edə bilərsiniz.