Yuxarı

Qətl törədən yeniyetmələrə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətl törədən yeniyetmələrə hökm oxundu

Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr - Elmidar Məmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Elnidar Məmmədquliyev və Qismət Nağıyevin hər biri 7 il 9 ay azadliqdan məhrum edilib.

Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və Elmidar Məmmədquliyev doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb.

Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər metronun "Əcəmi" stansiyası yaxınlığına gediblər. Orada Elmidar Məmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.

Hadisədən sonra Elmidar Məmmədquliyev və Qismət Nağıyev saxlanılıb. Hər ikisinə qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.10.20 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla