Yuxarı

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı rəsmi açıqlama

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun tavan hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

"Təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir", - məlumatda qeyd olunub.

Tarix
2025.10.20 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla