Yer kürəsində dəniz səviyyəsi 1900-2020-ci illər arasında son dörd min ildəki hər hansı dövrdən daha sürətlə artıb.
Axar.az xəbər verir ki, bu barədə “Rutgers” Universiteti alimlərinin bir qrupunun tədqiqatında əksini tapıb.
Araşdırmaya görə, hazırkı yüksəlmənin əsas səbəbləri okean suyunun temperaturunun artması və genişlənməsi, eləcə də Qrenlandiya və Antarktidada buzlaqların əriməsidir.
Araşdırma qədim koral rifləri və manqrovlardan əldə olunan məlumatlara əsaslanaraq, sonuncu Buz dövründən sonra dəniz səviyyəsinin dəyişməsini təhlil edib. Məlum olub ki, 11 min 700 - 8200 il əvvəl illik artım 10,7 millimetr, 6000 il əvvəl 2,8 millimetr, 3000 il əvvəl isə 0,4 millimetr olub. Son 4 min ildə dəniz səviyyəsi yalnız az miqdarda dəyişib. XIX əsrdə isə əvvəlcə ildə 0,1 millimetr, əsrin ikinci yarısında 0,76 millimetr artıb. 1990-2020-ci illərdə orta illik yüksəlmə 1,51 millimetr təşkil edib.