
Naxçıvanla bağlı statistika heyrətləndirdi
21:24
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna qoşunlarının mövcud təmas xətti üzrə hərbi əməliyyatları dayandıraraq danışıqlara başlanmasını nəzərdə tutan sülh planı ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
O, bu mövzunun dəfələrlə Rusiya–ABŞ təmaslarında müzakirə edildiyini vurğulayıb.
Peskov həmçinin Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı Macarıstanda planlaşdırılan Rusiya–ABŞ sammitinin formatına dair hələlik dəqiq məlumatın olmadığını bildirib:
“Hələlik heç bir detala malik deyilik, anlayışım yoxdur. Xarici siyasət qurumlarının xətti ilə, yəni bizim Xarici İşlər Nazirliyimiz və Dövlət Departamenti səviyyəsində hələ çox iş görülməlidir”.
Tarix
2025.10.20 / 18:11
|
Müəllif
Axar.az
|