Yuxarı

İlham Əliyev Mustafa Şəntopla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Mustafa Şəntopla görüşdü

12:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə bu yaxınlarda TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin tarixi hadisə olduğu vurğulanıb və bu, Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi kimi dəyərləndirilib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji sahələrində uğurlu nəticələr verdiyi bildirildi, dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.

Görüşdə, həmçinin TÜRKPA-nın IX plenar iclasının əhəmiyyətinə toxunulub, Azərbaycanın Türk Şurasına uğurla rəhbərlik etməsinin və təşkilata dünyada marağın getdikcə artmasının önəmi qeyd olunub, bu qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Tarix
2019.12.18 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla