Yuxarı

Putinin Rusiya ilə bağlı gələcək planı budur - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Rusiya ilə bağlı gələcək planı budur - Politoloq

Hadisələr göstərir ki, siyasi varis prinsipi indi o qədər də effektli deyil. Bu baxımdan düşünmürəm ki, Putin Mixail Mişustini baş nazir postuna gətirməklə onu öz varisi təyin edir. Sadəcə olaraq, Mişustinin Putinin siyasi kursunun tələblərinə cavab verə biləcək səviyyədə olması bu təyinata səbəb oldu. Çünki Mixal Mişustin Rusiyada çox sərt rəhbər, yaxşı natiq və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala biləcək şəxs kimi tanınır. Bu da təbii ki, Putinin standartlarına cavab verən özəlliklərdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Dmitri Medvedyevin istefaya göndərilməsi və Mixal Mişustinin Rusiyanın baş naziri təyin olunması haqqında danışarkən deyib. O bildirib ki, Rusiyada bir neçə ildir hökumətin dəyişməsi prosesi gedir:

“Buna hökumətin yeniləşməsi də demək olar. Köhnə simalar - 2000-ci illərin əvvəlində hakimiyyətə gələn şəxslərin yerinə yeni nəslin nümayəndələri gəlir. Bu, bir çox ölkələrdə baş verən proseslərdir. İndiki məqamda Putinin hökuməti istefaya göndərmək qərarı isə düşünürəm ki, Medveydevin onun siyasi düşüncələrinə, hədəflərinə cavab verməməsi ilə bağlı oldu.

Həmçinin, Putinin prezidentlik müddəti 2024-cü ildə başa çatır. O özü də başa düşür ki, hakimiyyətdə daimi qala bilməyəcək. Bu baxımdan Putin həm yeni nəslin hakimiyyətə gəlişini təmin edir, həm də siyasətin yeni qaydalarının müəllifi olmağa çalışır. Bunu da ona görə edir ki, ölkə gələcəkdə onun təyin etdiyi qayda-qanunlarla idarə olunsun. Yəni ölkənin idarəçiliyinə prezidentlik müddəti başa çatdıqdan sonra da təsir edə bilsin”.

Politoloq yeni baş nazirin Rusiyanın xarici, xüsusilə Qərb və Avropa ölkələri ilə siyasətinə təsiri haqqında da danışıb:

“Əslində, düşünmürəm ki, Mixal Mişustinin baş nazir olmasından sonra Rusiyanın xarici siyasətində elə də böyük dəyişiklik olacaq. Çünki Rusiyada baş nazir texniki fiqur sayılır. Ölkənin əsas idarəçisi prezidentdir. İstər xarici, istərsə də daxili siyasətdə Putinin qərarları icra edilir. Amma gələcəkdə ola bilər ki, baş nazirin səlahiyyətləri artırılsın. Bu baş versə, əlbəttə ki, Rusiyanın xarici siyasətində dəyişiklik olacaq. Çünki istər-istəməz yeni düşüncə, yeni ideyaların olması ölkənin idarəçiliyi ilə yanaşı, onun xarici siyasətinə də müəyyən qədər təsiri olur”.

Tarix
2020.01.17 / 11:34
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla