Yuxarı

Savelyev Paşinyan-Əliyev görüşündən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savelyev Paşinyan-Əliyev görüşündən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi barədə danışarkən, bu mövzunu zəif bildiyini növbəti dəfə nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib.

“Erməni tərəfi uzun illər problemin birbaşa konstruktiv müzakirəsindən boyun qaçırıb. Münhendəki panel diskussiyası bunun səbəbini göstərdi. Rəsmi Ermənistanın birinci şəxsi Nikol Paşinyan işğal olunmuş ərazilərə öz ölkəsinin iddiasını əsaslandırmaqdan ötrü az qala çox tələsik uydurulmuş tarixi faktları səsləndirməyi özünə rəva görür və coğrafi səhvlər buraxırdı.

Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə əsaslı və dəqiq idi, hamıya məlum olan faktları ciddi şəkildə əsaslandırıdı, bizim eradan əvvəl guya mövcud olan presedentlərə istinad etmirdi. Erməni qanunsuz birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, qəddarlığına görə misli görünməmiş Xocalı soyqırımını törətməsi faktdır. Ermənistan hökumətinin beynəlxalq hüququn Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən normalarını yerinə yetirməməsi faktdır. Bu da faktdır ki, Paşinyan guya Dağlıq Qarabağın müstəqilliyini müdafiə etməkdən ötrü onu erməni torpağı adlandırır. Münhendə hər kəs Ermənistan hökumətinin mövqeyinin nə qədər etibarsız, Ermənistanın rəsmi hakimiyyətinin öz iddialarında nə qədər inamsız olduğuna bir daha əmin oldu. Belə şəraitdə heç bir kompromis mümkün deyil.

Öz tərəfimdən şəxsən onu əlavə etmək istəyirəm ki, nəhayət dövlətin ərazi bütövlüyünün bərpa edilməsi üçün işğal olunmuş bütün ərazilər dərhal və hər hansı əlavə şərt olmadan Azərbaycana qaytarılmalıdır”.

Tarix
2020.02.17 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla