Yuxarı

Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik

Aprel əməliyyatları irimiqyaslı olmasa da, mühüm nailiyyətlər əldə edildi. İşğaldan azad edilən Lələtəpə və Talış yüksəklikləri ordumuzun düşmən qarşısında strateji üstünlüyü artırması baxımından vacib rol oynadı.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Aprel döyüşləri barədə danışarkən deyib. Polkovnik qeyd edib ki, Aprel döyüşlərində ermənilərin milli qürur mənbəyi olan “Ohanyan xətti” darmadağın edildi:

“Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycan Silahlı Qüvvələrinin əks hücumlarının qarşısını almaq məqsədilə bir çox yerdə güclü istehkamlar qurmağa başladılar. Bunların arasında ən möhkəmi Talış və Lələtəpə istiqamətindəki “Ohanyan xətti” idi. Bu məntəqə ermənilər üçün “milli qürur mənbəyi” sayılırdı. Ermənilər “Ohanyan xətti”nin aşılmaz olduğunu düşünürdülər. Aprel döyüşlərinin 2-ci günü ordumuz çox asan bir şəkildə bu xətti yardı. Ardınca isə Lələtəpə və Talış yüksəklikləri ordumuzun nəzarətinə keçdi”.

Ekspert vurğulayıb ki, Aprel döyüşləri düşmənə çox böyük psixoloji, hərbi-iqtisadi və siyasi zərbə vurdu:

“Azərbaycan Silahlı Qüvvələri əldə etdiyi uğurlarla Ermənistan qarşısında həm hücum, həm də müdafiə üstünlüyünü artırdı. Düşmən tərəfi isə ordumuzun hər an əks-hücuma keçə biləcəyini görmüş oldu. Bu əməliyyatlarda ordumuz sürətli və kordinasiyalı hücum əməliyyatı aparmaq iqtidarında oluğunu nümayiş etdirdi”.

Tarix
2020.04.02 / 16:59
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla