Yuxarı

Hökumət məsələyə müdaxilə etməlidir – Cəfəroğlu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökumət məsələyə müdaxilə etməlidir – Cəfəroğlu

Rusiya-Azərbaycan sərhədində baş verən hadisələrə görə bir neçə azərbaycanlıya cinayət işi açılması qəbuledilməz haldır.

Bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Rusiya hüquq-mühafizə orqanlarının Rusiya-Azərbaycan sərhədində baş verən hadisələrə görə 10 azərbaycanlıya cinayət işi açması haqda danışarkən deyib. O, Prezident İlham Əliyevə və Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərova məsələ ilə bağlı məktub ünvanlamaq istədiklərini bildirib:

“Bu məsələyə hökumətimiz qarışmalıdır. Məsələ ondadır ki, Rusiya-Azərbaycan sərhədində qalan vətəndaşlarımıza qarşı qeyri-insani rəftar olunur. Düzdür, vətəndaşlarımız da səbirsiz davranır, bəzən yersiz aqressiya nümayiş etdirirlər. Lakin bu, onlara qarşı qeyri-insani rəftar edib, daha sonra cinayət işi açmağa bəraət qazandırmır”.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları bir müddət öncə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələrə görə 10 azərbaycanlı vətəndaşa cinayət işi açıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə olayla bağlı Dağıstan rəhbərliyi ilə təmasların davam etdiyini bugünkü brifinqdə qeyd edib.

Tarix
2020.07.01 / 11:14
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Baş nazirdən "Bakubus" MMC ilə bağlı Qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Azərbaycanda alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla