Yuxarı

Zərif hesabat verdi: Azərbaycanla əlaqələr…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərif hesabat verdi: Azərbaycanla əlaqələr…

Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrimiz inkişaf edir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif parlamentdə ölkəsinin xarici siyasəti barədə hesabat verərkən deyib.

Nazir bildirib ki, qonşu və dost dövlətlər olan İran və Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələri birgə həyata keçirir. O, bu layihələr sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini xüsusilə qeyd edib.

Qeyd edək ki, bu nəqliyyat dəhlizinin formalaşması istiqamətində İran ilə Azərbaycan arasında dəmir yolu xətti salınıb. İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu ilə bu gün İran idxal-ixrac əməliyyatlarını həyata keçirir. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin davamıdır. Cənub Şərqi Asiya ölkələrindən İranın Çabahar və Bəndər Abbas limanlarına daxil olan yüklər məhz bu yolla Azərbaycandan tranzit keçərək Rusiya və Avropaya daşınacaq. Hələlik yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan tərəfi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini əhəmiyyətli hesab edərək Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında dəmir yolu xəttini çəkib.

M.C.Zərif dünya siyasətində ikili standartları tənqid edərək nəzərə çatdırıb ki, bəzi qlobal problemlərə beynəlxalq təşkilatlar ikili standartlardan yanaşırlar ki, bu da həmin problemlərin həllinə mənfi təsir göstərir. O qeyd edib ki, İran Əfqanıstan, Pakistan, eləcə də Rusiya və digər MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirir.

Tarix
2020.07.06 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla