Yuxarı

MM-ə girib, “Allahu-Əkbər” qışqırmaq... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-ə girib, “Allahu-Əkbər” qışqırmaq... – Millət vəkili

Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və Vətən uğrunda qəhrəmanlıqla mübarizə aparmağa qadirdir. Bununla yanaşı, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı, ölkəmizin Himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!”, “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edib.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, Bakıda keçirilən Ordumuza dəstək yürüşündə təxribat cəhdlərinin qəbuledilməz olduğunu bildirib:

“Təəssüf ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, vətənpərvərlik, Orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışdı. Aksiya iştirakçılarının əksəriyyəti polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etmədi, Orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq, qeyri-qanuni şəkildə Milli Məclisin binasına daxil oldu, binaya zərər vurub, “Allahu-Əkbər” şüarları səsləndirdilər. Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”.

Tarix
2020.07.15 / 23:33
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla