Yuxarı

Şahin Mustafayev Dejpəsəndlə müzakirə apardı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Mustafayev Dejpəsəndlə müzakirə apardı

Avqustun 4-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri Fərhad Dejpəsənd arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşımalar sahələrində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib, əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər iki ölkə arasında uğurla həyata keçirilmiş “Xəzər” avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək zavodun tikintisinin başa çatdırılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı strateji əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.

Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran, Azərbaycan və Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.

Pandemiya dövründə iki ölkənin iqtisadi əlaqələrinin mövcud protokollara riayət etməklə davam etdirilməsinin və Azərbaycan ilə İran arasında ticarət və tranzit üçün sərhədlərin açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də son aylarda iki ölkə arasında daşımalar və tranzit mübadiləsinin artmasından məmnunluq ifadə olunub.

Həmçinin Azərbaycan ilə İran arasında iqtisadiyyat, sənaye, daşınmalar, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq yaxın vaxtlarda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Komissiyanın videokonfrans formatında iclasının təşkilinə dair razılıq əldə olunub.

Tarix
2020.08.04 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla