Yuxarı

İsrail üçün tarixi proses: Tramp seçilsə... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail açıq şəkildə olmasa da, ABŞ-a F-35 təyyarələrini Yaxın Şərq ölkələlərinə satmaması yönündə təzyiqlər edir. Hətta Türkiyənin F-35 proqramından çıxmasında İsrailin payı böyükdür.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev BƏƏ, İsrail və ABŞ arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün ləğv edilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, İsrail üçün regionda bir nömrəli məsələ onun təhlükəsizliyidir:

“F-35-lər ən yeni qırıcı təyyarələrdir. Hətta deyilənə görə, bu təyyarələr heç bir radar sistemi və ya hava hücumundan müdafiə qurğuları tərəfindən aşkarlana bilmir. Buna görə də rəsmi Təl-Əviv Yaxın Şərqdə nəinki BƏƏ, heç bir ölkənin F-35-i almasını istəmir. BƏƏ-dən öncə Səudiyyə Ərəbistanı da bənzər təşəbbüslə ABŞ-a müraciət etmişdi.

İsrail hazırda Yaxın Şərqdə ən güclü hərbi hava qüvvələrinə malik ölkələrdəndir. Təsadüfi deyil ki, İsrail I Ərəb-İsrail müharibəsi zamanı hərbi hava qüvvələrinin hesabına özündən qatbaqat güclü olan ərəb ölkələrini qısa müddətdə məğlub edə bildi. Məhz buna görə rəsmi Təl-Əviv regionda özündən güclü hərbi hava qüvvələrinə malik ölkənin olmasını istəmir”.

Politoloq sözlərinə görə, BƏƏ ilə İsrail arasında imzalanan müqavilədə qaranlıq qalan məqamlar çoxdur:

“Bu razılaşmaya baxdıqda bəzi şərtlərin İsrail tərəfindən yerinə yetirilməyəcəyi aydın şəkildə görünür. Məsələn, BƏƏ o şərtlə İsraili tanıyır ki, rəsmi Təl-Əviv İordan çayının qərb sahilində qanunsuz yaşayış məskənləri salmasın. Ancaq İsrail Baş naziri Benyamin Netanyahunun seçki vədlərindən biri İordan çayının qərb sahilinin İsrailə birləşdiriləcəyi idi.

Bundan başqa, bir müddət əvvəl BƏƏ-nin iki şirkəti İrana təyyarə ehtiyat hissələri satması səbəbindən sanksiyalara məruz qaldı. Yəni göründüyü kimi, BƏƏ və İsrail arasında kifayət qədər qaranlıq qalan məqamlar var”.

Politoloq bildirib ki, ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi”nin taleyi bu prezident seçkilərinin nəticələrindən asılı olacaq:

“Hazırda həm Səudiyyə Ərəbistanını, həm də BƏƏ-ni İsraillə danışıqlar masasına oturda biləcək şəxs Donald Trampdır. Tramp ikinci dəfə ABŞ prezidenti seçilsə, ərəb ölkələri İsraili tanımalı olacaq”.

Tarix
2020.08.26 / 15:52
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bələdçi: Kapitan suya enmək fikrini buna görə dəyişdi

“Embraer” şirkətinin mütəxəssisləri Aktauya getdi

Tayms: Pilotlarla danışıqların stenoqramı göstərir ki... - Video

Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi

Dostu: Qəzadan sonra İqorla 29 saniyə danışdıq, dedi ki... - Video

PUA-larla döyüşdə təyyarə səhvən vurulub? Hiyləgərlər!

AZAL-ın vurulan təyyarəsi.. - Yeni video

Putin Kurenkovla Aktaudakı qəzanı müzakirə etdi

AZAL təyyarəsini vurulması hansı dəhşətli faktı üzə çıxartdı?

Səudiyyə Kralı və Baş naziri İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla