Yuxarı

Gürcü saytları İlham Əliyevin çıxışından yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü saytları İlham Əliyevin çıxışından yazdı

Gürcüstanın interpressnews.ge, dalgatv.ge, report.ge, 24news.ge, news.ge saytları Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da telekanallara müsahibəsində Ermənistanın təxribatçı əməlləri və Gürcüstan-Azərbaycan münasibətlərinə dair söylədiyi fikirlər barədə geniş materiallar dərc ediblər.

Axar.az xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan “Ermənistan yeni müharibəyə hazırlaşır”, “Qarabağda adları dəyişdirilmiş kəndlərə mütləq öz əsl adlarını qaytaracağıq", “Gürcüstanda gürcü familiyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar” sərlövhəli materiallarda Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni yerləşdirmə planları, Gürcüstanda yaşayan və gürcü familiyası daşıyan ermənilərin təxribatları barədə Azərbaycan Prezidentinin fikirləri oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, “Gürcüstan etibarlı tərəfdaş və dostdur” sərlövhəli yazıda ölkələrimiz arasındakı dostluq əlaqələri, strateji tərəfdaşlığımızın prioritetləri barədə məlumat verilir.

Tarix
2020.09.20 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla