Axar.az
Yuxarı

Belə yaxşıdır, Ramiz Mehdiyev - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə, Azərbaycan Rusiyanı nəinki düşmən sayır, hətta dost da demək istədiyi, hesab etdiyi məqamlar var. Statistika var ortada.

Əlbəttə, Vladimir Vladimiroviç Bakıda duz-çörək kəsib. İnanmaq istəyirik ki, duz-çörəyi tapdamaz!

Əlbəttə, Rusiya Azərbaycanla münasibətlərini yüksək qiymətləndirdiyini deyir. Amma bu yüksəklikdən də yuxarıda yüksəkliklər var və o yüksəlkliklərdən uçan təyyarələr Ermənistana sursat daşıyırlar. Hələ də daşıyırlar... Bəlkə bu saat da.

Və indi rus dili əslində bu səbəbdən acı dadır. Başqa vaxt bu dildə danışmaq az qala kübarlıq əlaməti idi. Şəhərlilik əlaməti idi. Amma indi...

Orijinal rus dilinin erməni aksenti öz işini görür. Bu dili başa düşənlər belə anlamır. Anlamır ki, niyə rus dilini damaqları arasından çoxdan çıxaran Ermənistana Rusiyanın belə ehtiramı var, amma bu dili ağzında dili kimi saxlayan Azərbaycan Rusiyadan xüsusilə son zamanlar mərd olmayan zərbələr alır...

Məsələn, bu günlərdə hələ axmaq bir siyahı da yayıblar ki, guya Azərbaycanda bir qardaşlıq qəbiristanı Rusiya adamı, nə bilim casusu var. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu qeyri-ciddi, amma təxribat xarakteri şübhə doğurmayan siyahını layiq olduğu qaba atdı. Anlatdı ki, ölkənin tanınmış simalarının xarici dövlətin maraqlarına xidmət etməsi tək cəfəng məlumatların yayılması Azərbaycan dövlətinə qarşı növbəti təxribatdır, onlar düşmən qüvvələrdən qaynaqlanır və vətəndaşlarımız belə məsuliyyətsiz yazılara inanmasın. Deməli, məsələ heç də rus dilində deyil, həm də velikorus mahiyyətdədir.

Azərbaycanla məsələ aydındır. O, rusiyalı Albet Lixanova açıq ürəklə “Dostluq” ordeni verir. Ya da budur, daha bir nimnant – “Dostluq” ordenli Seçin. Amma həm də seçin!

Azərbaycanın seçməklə problemi yoxdur. Bakının münasibətlərində qəlb var, qəlp yoxdur! Başlıca vəzifə də, öhdəlik də Müstəqil Dövlət kimi özünü qorumaqdır. Dövlət müstəqilliyi bütün müstəqilliklərdən, dövlət azadlığı bütün azadlıqlardan üstün tutulmalıdır. Xüsusilə bu tarixi məsuliyyət mərhələsində.

Utanmadan Tofiq Yaqublunun avtomobil qəzasını qaragüruhun 30 il əvvəlin meydanı qibləsinə özünəməxsus camaat qəza namazına çevirmək istəyənlər doğrudanmı unudublar. Ermənistanda Yaqublunun həmkarı həbsxanada elan etdiyi aclıqdan sadəcə gəbərdi! Bizdə isə Tofiq Yaqublunu həbsxanadan hospitala, ordan da ev dustaqlığına az qala kəcavədə apardılar. Əlbəttə, müəmmalı qəza hadisəsini araşdıran məhkəmə özü bir hadisə olaraq araşdırılmalıdır. Ortada aşkar boşluqlar var və belə vakuumlar dövlətə, vətəndaşa diskomfort yaratmasın deyə məhkəmə islahatları daha sürətlə aparılmalıdır. Çünki hakimiyyət sözünün kökü hakimdir. Hakimin dəqiq, hərtərəfli yenidən işlənməsinə ehtiyac var. Əks təqdirdə ağrını bütün dövlət çəkir.

Məsələn bu sual hər bir hakimi düşündürməlidir: niyə Apelyasiya Məhkəməsi qarşısına toplaşanlar “Yaşasın Məhkəmə!” deyə hayqırmırdı, axı Tofiq Yaqublunu evə göndərən qərarı məhkəmə çıxarmışdı!

Bu gün biz dövlətimizin müstəqilliyini qorumaqdan ötrü ən böyük fədakarlığa hazır olmaqdan danışırıq. Azərbaycanda Ermənistanla kəskin hərbi vəziyyətin tələb etdiyi bir daxili barış mühiti formalaşmaqdadır. Tofiq Yaqublunu öz iddiasının, ac hikkəsinin ağzından alicənabcasına qurtaran dövlət heç olmasa əxlaqlı bir təşəkkürə, əxlaqlı bir təfəkkürə haqq edir. Dövlət bir ev dustaqlığıyla çox şeyi bağışladı. Məhkəmədəki tərbiyəsiz çıxışları da. Hətta ona da göz yumuldu ki, dünyanın müxtəlif ölkələrində "Tofiq Yaqubluya azadlıq!" adı altında Azərbaycana qarşı keçirilən aksiyalar bir müddət əvvəl Ermənistana qarşı keçirilən ümumazərbaycan və azərbaycançıların beynəlxalq aksiyaları üzərinə az da olsa kölgə saldı. Tofiq Yaqublunun aclıq aksiyasından siyasi ramazan hazırlayan, sonda isə iki bayramı birləşdirib Əligüruh qibləsinə Yaqublunu qurban kəsməyə hazırlaşan əqidədaş qəssabların iti bıçağını məhz Azərbaycan hakimiyyəti Tofiqin hülqumundan götürdü. Tofiq Yaqublu buna görə həm də məsələn, bir-iki ziyalı ilə yanaşı, Zeynəb Xanlarovaya minnətdar olmalıdır, daha guya aclıq həsr etdiyi Məhəmməd Əmin Rəsulzadə və belarus xalqına yox.

Mən çox inanmaq istərdim ki, Tofiq Yaqublunu islah edəcək həbsxanadan ona sarı atılmış alicənab, humanist addımın təsiri daha güclü olacaq. Hər bir halda Tofiq Yaqubluya doğru atılmış addım, ona qədər bir gənc yazıçıya sarı atılan addım kimi, Real Partiyasının rəhbəri İlqar Məmmədova kompensasiya ödənilməsi tək, Prezident Alminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Prezidentin köməkçisi Anar Ələkbərova Elmlər Akademiyasında apardığı təmir və yenidənqurulma işlərini əks etdirən mənzərəsini təqdim etməsində də bir ümumi barış mühiti var. Belə yaxşıdır, Ramiz Mehdiyev. Öz işinlə, sənə tapşırılmış işlə məşğul olmaq lazımdır. Amma əlahiddə götürülmüş bir ölkədə yox, əlahiddə götürülmüş bir binanın içində. Daha Azərbaycan Xalq Cümhuriyyətinin alovlu tədqiqatçısı Solmaz Tohidinin Məhəmməd Əmin Rəsulzadənin ardınca Ramiz Mehdiyevi tədqiq edən materialını öz üslubunuzda Akademiyanın saytında yerləşdirmək yox.

Bu həftə Milli Məclisdə “Nifrət dili“ haqqında qanun qəbul edilməsindən də bəhs edildi. Bu dil, başqa sözlə Qurban Məmmədovun, Osmanqızı Sevincin, Həsənli Cəmilin, Kərimli Əlinin dilidir. O Qurban Məmmədov ki, Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağa gedən, sonra Belarusda saxlanaraq həbs edilən, Bakıda həbsdə yatan, çıxandan sonra düşmənçiliyini davam etdirən, özü də Azərbaycan dövlətinə düşmən olduğunu açıq bəyan etməkdən çəkinməyən Lapşini efirə çıxarıb onunla eyni məqamı və məramı xaincəsinə bölüşür. O Osmanqızının ki, xüsusi təyinatlı gəlin obrazında əlindəki silahla Paşinyan Annayla silahdaşlıq edir... O Həsənli ki, hətta öz siyasi ikonası hesab etdiyi Rəsulzadəni belə ermənilərin Hitlerlə işbirliyində ittiham etməsinə qarşı çıxmağa gücü və zehni çatmır, əksinə həmin ermənilərlə eyni fonddan maliyyələşir. O Kərimli Əli ki, onun dilində nifrətdən, beynində isə siyasi cəhalətdən başqa heç nə yoxdur!

Və bu adamın siyasi düşüncəsi 1990-92-ci ilin artıq-urtuğundan, tör-töküntüsündən ibarətdir. 1992-93-cü illəri yəqin, həm də o zamanın ümumxalq xəstəliyi olan qoturla xatırlamalıyıq. Bütün ölkəni kükürdü məlhəminin iyi bürümüşdü. Qaragüruhun qarımış siyasi zəif məxluqları tarixin səhnəsindən getmək aqibətlərilə heç cür barışa bilmirlər. Ona görə də ümumilli barış ovqatı onlarlıq deyil. Az-çox siyasi zehni olanlar yəqin ki, inqilabların, hərəkatların romantik mahiyyətini bir kənara qoyaraq, realist nüvəsinə sirayət etməlidir.

Tarix
2020.09.21 / 16:06
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Minsk Qrupu bəyanat yaydı

Ceyhun Bayramov yenidən həmsədrlərlə görüşəcək

Ordumuzun hazırlığı haqda Remçukovun sözləri…

Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirsə...

Azərbaycan xalqı real vəziyyəti bilsin – Prezident

İlham Əliyevin "Foks Nyus"a müsahibəsi - Video

İlham Əliyev bu dövlət başçılarına məktub göndərdi

Akardan növbəti Qarabağ mesajı

Azərbaycanın yanında olduğumuz üçün... - Ərdoğan

Hikmət Hacıyev “Əl Əhram” qəzetinə müsahibə verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla