Yuxarı

Qırmızı xəttə buna görə köhnə qatarlar buraxılır - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızı xəttə buna görə köhnə qatarlar buraxılır - Rəsmi

Köhnə nəsil qatarların hamısı ya qırmızı, ya da bənövşəyi xətlərdə fəaliyyət göstərir. Yaşıl xətdə yalnız yeni və müasir tipli qatarlardan istifadə olunur.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.

“Müasir tipli qatarların digər hissəsi qırmızı xətt üçün nəzərdə tutulub. Lakin biz qatarların hamısını eyni vaxtda xətdə buraxa bilmərik. Buna səbəb qırmızı xətt üzrə elektrik enerji təchizatının, xüsusən də qatarların hərəkətini təmin edən dartı tipli elektrik təchizatı sisteminin müasir qatarların tələblərinə uyğun olmamasıdır.

Qırmızı xəttin “İçərişəhər-Nəriman Nərimanov” sahəsi 1967-ci ildə istifadəyə verilib. Həmin vaxt da onun dartı tipli elektrik yarımstansiyası istifadəyə verilib.

Hazırda xətlərin ayrılması ilə bağlı 7 mürəkkəb layihədən biri də iki yeni tipli dartı elektrik yarımstansiyasının inşası və birinin əsaslı təmir olunaraq yenidən qurulması ilə bağlıdır.

Xətlərin ayrılması layihəsinin icrası müddətində həmin yarımstansiyalar inşa olunacaq. Bununla da qırmızı xətt üzrə yeni nəsil vaqonlardan ibarət qatarları tam şəkildə xəttə buraxmaq mümkün olacaq”.

Tarix
2026.09.16 / 14:56
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla