Yuxarı

Rus kanalında gülməli müqayisə: aparıcımız ağlayır… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus kanalında gülməli müqayisə: aparıcımız ağlayır… - Video

Rusiyanın aparıcı kanallarından olan NTV-də yayılan süjet aradan bir müddət keçəndən sonra sosial şəbəkələrdə trendə çevrilib.

Axar.az xəbər verir ki, hər iki tərəfin təkcə döyüş meydanında deyil, həmçinin informasiya cəbhəsində də savaş apardığını bildirən NTV aparıcısı əslində həqiqətin “görünməz olduğu” təəssüratını yaratmağa çalışır. Bildirir ki, Ermənistan MN-in yaydığı məlumatları Azərbaycan MN-in təkzib edir:

“Ermənistan MN yayır ki, Azərbaycanın bir neçə qırıcısını vurduq, Azərbaycan MN isə həmin gün ümumiyyətlə qırıcılardan istifadə edilmədiyini, havaya aviasiya qaldırılmadığını açıqlayır”.

Belə vəziyyətdə hər iki tərəfdəki aparıcıların efirdə ağlamasına diqqət çəkən NTV “Bu, Ermənistan MN-in itkilərlə bağlı açıqlamasından sonra aparıcının efirdə ağlamasıdır” deyə erməni aparıcının ölən əsgərlərinin siyahısını elan edərkən ağlaması kadrını göstərir.

Növbəti kadrda isə “Bu da Azərbaycan MN-in itkilərlə bağlı açıqlamasından sonra azərbaycanlı aparıcının ağlaması” deyə təqdim etdiyi kadrla NTV əməkdaşı guya hər iki tərəfin “ağladığına” vurğu edir.

Azərbaycanlı aparıcının – İTV əməkdaşının efirdə niyə ağladığına isə NTV əməkdaşı deyəsən, diqqət etməyib. Məsələ burasındadır ki, İTV əməkdaşı həmin gün azad edilən kəndlərimizi elan edərkən sevindiyindən göz yaşını saxlaya bilmir.

Bu paradoks isə hər iki tərəfdəki real mənzərəni göstərməklə bərabər, informasiya müharibəsində kimin nə qədər gülünc duruma düşdüyünü əks etdirir.

Videonu təqdim edirik:

Tarix
2020.10.23 / 14:43
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla