Yuxarı

Kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar - Hacıyev

Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: “Qarşıdan Cenevrə görüşləri gəlir. Həmin görüşlərdən öncə Ermənistan tərəfindən növbəti dəfə xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirilib. Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə yoxdur. Onların ancaq gücü mülki insanlara çatır. Onların məqsədi mülki insanlar arasında qətlə səbəb olmaqdır. Ancaq bunlar Azərbaycan xalqını qorxutmur. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından şərəfsizcəsinə qaçırlar. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Biz onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.

Tarix
2020.10.29 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla