Yuxarı

Rusiya: Döyüşlər Ermənistan ərazisinə keçsə... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: Döyüşlər Ermənistan ərazisinə keçsə... - Video

13:28

Əgər döyüş toqquşmaları birbaşa Ermənistan ərazisinə keçirilsə, Rusiya İrəvana bütün vacib yardımı göstərəcək.

Axar.az xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yardımla bağlı məktubuna cavab olaraq yayıb. Bəyanatda Rusiyanın 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” razılaşmasından irəli gələn müttəfiqlik öhdəliklərinə bağlı olduğu vurğulanıb:

“Əgər döyüş toqquşmaları birbaşa Ermənistan ərazisinə keçirilsə, razılaşmaya uyğun olaraq Rusiya İrəvana bütün vacib yardımı göstərəcək.

Yenidən Dağlıq Qarabağda konflikt tərəflərini atəşkəsə, gərginliyin deeskalasiyasına və Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada 10 oktyabrda əldə olunan razılaşmanın baza prinsipləri əsasında dinc həllin əldə olunması məqsədilə substantiv danışıqlara geri dönməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan 27 sentyabrdan etibarən başlayan bütün döyüş fəaliyyətlərini öz ərazisi olan Qarabağda aparır. Ermənistan isə Qarabağ konfliktini genişləndirməyə və üçüncü tərəfləri, özəlliklə Rusiyanı konfliktə cəlb etməyə çalışır.

Tarix
2020.10.31 / 14:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla