Yuxarı

Bayrağımızı “oğurlayan” dövlət: Fransa ona müstəqillik versin!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağımızı “oğurlayan” dövlət: Fransa ona müstəqillik versin!

Dünyaya demokratiya, xalqların öz müqəddəratını təyinetmə hüququ, söz, vicdan azadlığı və bu kimi dəyərləri aşılayan Fransa nə ölkəsində, nə də ölkə xaricində buna riayət edir. Rəsmi Paris ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərində fəaliyyət göstərən işğalçı və separatçı ünsürlərə dəstək verdiyi halda Avropadan minlərlə kilometr uzaqda olan sözdə torpağı Yeni Kaledoniyanın öz müqəddəratını təyin etməsinə izn vermir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransanın müstəmləkəsi Yeni Kaledoniyanın öz müstəqilliyini elan etməsi haqda danışarkən deyib.

O bildirib ki, Yeni Kaledoniya ötən əsrin sonlarından etibarən Fransa müstəmləkəsindən xilas olmaq istəyir:

“Yeni Kaledoniya bizim üçün hər nə qədər yad olsa da, bizimlə bənzər bir tarixə, hətta bayrağa sahib bir ərazidir. Yeni Kaledoniya Sakin okeanın cənub-şərqində yerləşən Melanezya adalar qrupunun parçası olan ərazidir. Fransanın çox bilinməyən, lakin dəfələrlə müstəqil olmaq üçün xalq referendumu keçirən, Avropa qitəsindən kənarda yerləşən ərazisidir.

1980-ci ildən başlayaraq yerli kanak xalqının başlatdığı müstəqillik hərəkatı nəticəsində 1984-cu ildə Kanak Milli Sosialist Qurtuluş Cəbhəsi rəsmən Kanaki ölkəsini qurduqlarını elan etdi. Lakin tarixi soyqırımlarla zəngin olan Fransa 1988-ci ildə bura öz ordusunu yeridərək kanak xalqının müstəqillik hərəkatını qanlı şəkildə yatırdı.

5 may 1998-ci ildə Noumea müqaviləsi ilə Yeni Kaledoniyaya geniş muxtariyyət verilib. Lakin bu, kanak xalqının müstəqillik əzmini qırmağa kifayət etməyib”.

Politoloqun sözlərinə görə, Fransa dəfələrlə Yeni Kaledoniyada müstəqillik üçün keçirilən xalq referendumuna müdaxilə edərək səsverməni saxtalaşdırıb:

“Lakin kanak xalqı 2022-ci ildə yenidən referendum keçirəcəyini açıqlayıb. Fransanın təkcə Yeni Kaledoniya deyil, Fransa Qayanası, Quadeloupe, Fransa Polinezyası kimi bir çox əraziləri də var. Rəsmi Paris bu gün Qafqazdakı “qardaşları”nın Azərbaycan torpaqları hesabına ikinci dəfə öz müqəddəratını təyin etməsi ilə maraqlanmaqdansa, yaxşı olardı Yeni Kaledoniyada yaşayan kanak xalqının müstəqillik çağırışına qulaq assın. Çünki biz müstəqilliyin nəyin bahasına alındığını bilirik. Əminik ki, bir gün Yeni Kaledoniyanın əsl sahibi olan kanak xalqı da öz müqəddəratını təyin edəcək”.

Tarix
2020.12.01 / 09:42
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla