Yuxarı

İrəvanın yeni hiyləsi: Avropada inanan varsa...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın yeni hiyləsi: Avropada inanan varsa...

Erməni dezinformasiya maşını müharibə zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycan əleyhinə yalan və əsassız məlumatlar yaymaqda davam edir. Ermənilərin Azərbaycanla bağlı dünyaya yaydığı yalanlar sanki ildən-ilə həqiqətdən daha çox uzaq, inanılması mümkünsüz bir hal alır. Belə bir təfəkkürə sahib olduqları üçün insanın onlara yazığı gəlir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli erməni sosial media resurslarında məqsədyönlü şəkildə guya Azərbaycan Respublikasının Qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

“Azərbaycan Ordusuna təslim olmuş erməni hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən dərhal döyüş bölgəsindən çıxarılıb. Saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

Azərbaycan əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edir. Belə bir zamanda Ermənistanın əsassız yalanlar ilə dünyanın aparıcı informasiya agentliklərini, xəbər kanallarını manipulyasiya cəhdi bu ölkənin növbəti dəfə əsl mahiyyətini göstərir.

Ermənistan hələ də Azərbaycana qarşı düşmən münasibət bəsləyir və əsassız məlumat yaymağa, propaqanda aparmağa çalışır. Lakin propaqanda da gərək əsaslı olsun. Nəinki indi, tarix boyu Azərbaycanda iddia olunan tərzdə bir hərəkət olmayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi belə vaxtilə ona göndərilən qıpçaq köləni özünə həyat yoldaşı edib. Bizim tariximizdə soyqırım, köləlik kimi anlayışlar yoxdur. Bu gün də şanlı tariximizdən irəli gələrək əsirlərə elə davranırıq.

Əgər Avropada erməni yalanlarına inananlar varsa, onda məsləhət görərdim, öz qaranlıq tarixlərinə baxsınlar – köləlik, rasizm, şovinizm, faşizm, islamafobiya, irqi ayrı-seçkilik, qadınların haqlarının tapdanması kimi anlayışların vətəni məhz Avropadır”.

Tarix
2020.12.02 / 15:32
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla