Yuxarı

İlk dəfədir AŞPA-ya bu cür gedirik – Tarixi hadisə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk dəfədir AŞPA-ya bu cür gedirik – Tarixi hadisə

İlk dəfə olaraq ATƏT sessiyasına ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik və bu da tarixi hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Report-a bildirib.

“Avropa Şurasına üzv olduğumuz gündən 20 il keçir. Beləliklə, bizim üçün yubiley sessiyası olacaq. Bu yubiley sessiyamıza ölkəmizin ərazi bütövlüyünü bərpa edərək getməyimiz də çox sevindiricidir. Odur ki, pandemiyaya baxmayaraq, biz xüsusi ovqatda, başıdik və üzüağ gedirik oraya”, - deyən millət vəkili sessiyada Qarabağ bölgəsində dinc yaşayışın qurulmasına dair müzakirələrə hazır olduqlarını da dilə gətirib.

“Bu məsələyə dair hansısa humanitar səpgili suallar olarsa, biz, əlbəttə, bunu müzakirə etməyə hazırıq. Artıq münaqişə aradan qaldırıldığı üçün bizim AŞ-dakı iştirakımızın konsepsiyası köklü şəkildə dəyişir. Belə ki, vaxtilə biz bu təşkilata münaqişəni həll etmək üçün daxil olmuşuq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini əks etdirən bəzi sənədlərin qəbuluna da nail olduq. Azərbaycanın yaratdığı konkret gerçəkliklər var, göz qabağındadır. Bunu kimsə görmürsə, öz problemidir”, - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası 25-28 yanvar tarixlərində qarışıq formatda, yəni həm məsafəli, həm əyani formatda keçiriləcək.

Tarix
2021.01.21 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla