Yuxarı

Dünya Azərbaycanı öyrənir: indi isə bunu etməliyik...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaya XXI əsrin müasir texnoloji müharibə modelini verməklə tarix yazmış Ordumuzun, onun sıravi əsgərindən tutmuş generalınadək bütün hərbçilərinin döyüş şücaəti hələ uzun illər sonra da hərbi məktəblərdə öyrəniləcək və hər dəfə də yeni nəsildən olan hərbçilər Azərbaycan eşidib, onu xəritədə axtaracaqlar.

Buna görə Ordumuza, şəhid olmuş qəhrəman həmvətənlərimizə, ölümlə üz-üzə durmuş qazilərimizə borcluyuq. Amma bu gün azərbaycanlılar olaraq dünyaya müharibədən sonrakı uğurlu bərpa, inkişaf modelini də təqdim etməyə borcluyuq. Yalnız bu halda Ordumuzun çaldığı qələbə bütövləşəcək.

Axar.az xəbər verir ki, bunu politoloq, təhlükəsizlik eksperti Ərəstun Oruclu qeyd edib.

“Yalnız bu halda dünyada təkcə döyüşə bilən deyil, həm də quruculuğu bacaran xalq kimi tanınacağıq və bizə hörmət edəcəklər, bizimlə hesablaşacaqlar. Bütün bunları eləmək də çətin görünməsin. Artıq bu gün müxtəlif ölkələrin aparıcı ali məktəblərində yüksək təhsil almış gənclərimiz var.

Artıq bu gün Rusiyadan, Türkiyədən tutmuş ABŞ-a və hətta Avstraliyaya qədər yayılaraq elmdə, biznesdə, peşəsində uğur qazanmış onminlərlə həmvətənimiz var. Deməli, xalq olaraq uğur qazanmaq üçün yetərli motivimiz, potensialımız və gücümüz var.

Odur ki, gücümüzü toplayıb, əl-ələ verib bunun qarşısını kəsən bütün hasarları yıxmalı, bütün tikanlı kolları kökündən qazıyıb atmalı, bütün üfunətli bataqlıqları qurudub yolumuzu açmalıyıq”, - o qeyd edib.

Tarix
2021.01.26 / 15:48
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla