Yuxarı

İrəvan yenə Bakını təxribata çəkir: daha biri gəlir... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan yenə Bakını təxribata çəkir: daha biri gəlir... - Video

11:52

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinin hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsinə gələcəyi barədə anons verib.

Axar.az xəbər verir ki, Arşakyan “artsax”a səfərində məqsədin “informasiya texnologiyaları sahəsində” əlaqələrin inkişafı məsələlərini müzakirə etmək olduğunu deyib.

Xatırladaq ki, Ermənistan rəsmiləri bir müddət əvvəl də Azərbaycanı təxribata çəkir, bütün vasitələrlə müharibəni qızışdırır və müxtəlif bəyanatlar verirdilər. Şuşada rəqs etməkdən tutmuş Şuşanın “paytaxta” çevrilməsi istiqamətində açıqlamalar, “yeni müharibə - yeni ərazilər” şüarı, Qarabağın qondarma qurumunun “müstəqilliyi” haqda mövqe və açıqlamalara hər zaman Azərbaycan həssaslıqla yanaşdığını açıqlamış və qarşı tərəfə xəbərdarlıqlar etmişdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan “Dəmir Yumruq”la qarşılaşdı və 44 gün ərzində darmadağın oldu.

İndi isə Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsinə Bakının razılığı olmadan səfər etməməsi barədə Prezident İlham Əliyev iki dəfə İrəvana xəbərdarlıq edib. Ancaq Ermənistan yenə də ərazi bütövlüyümüzü pozmağa, Azərbaycanın ərazisi daxilində qondarma quruma can verməyə çalışır.

Nəticəsini mütləq görəcəklər...

Tarix
2021.01.27 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla